Şirvanda yol qəzası olub, xəsarət alanlar var

  • By ilhame
  • 19 Dekabr 2023 22:52

Şirvanda baş verən yol qəzasında xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Şirvan şəhərinin mərkəzində qeydə alınıb.

 

Belə ki, “Mercedes”markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində şəhər sakinləri, 1997-ciil təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu və Əliyev Fərid Bəhmən oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info