Şirzad Abdullayev təcili əməliyyat olundu

  • By admin
  • 27 Mart 2019 14:23

İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayevin  səhhətində problem yaranıb. 

Gununsesi.org Unikal.org-a istinadən məlumat verir ki, nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub.  Ş.Abdullayev hazırda müalicə olunur və işə çıxmır.

Xatırladaq ki, Ş.Abdullayev  2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.