Şıx çimərliyində bağırsaq çöpləri var -XƏBƏRDARLIQ

  • By admin
  • 06 İyul 2016 01:24

deniz

Xəbərdarlıqlara baxmayaraq, insanlar qadağan olunmuş çimərliklərə üz tuturlar. Bu çimərliklərdə xeyli uşaq da çimir. Respublikanın baş pediatrı Nəsib Quliyev isə həmin uşaqların valideynlərinə xəbərdarlıq edir.

Uşaqlar suda çimir, oyun oynayır və əylənməyə çalışırlar. Görüntülər Respublik Gigiyena və Epidomologiya Mərkəzinin çimməyi qadağan etdiyi Səbail rayonunun Şıx çimərliyindəndir.

Böyüklərlə yanaşı bu çimərliklərdən uşaqların da istifadəsi ciddi təhlükədən xəbər verir. Respublikanın baş pediatrı Nəsib Quliyev bu vəziyyətin uşaqların sağlamlığı baxımından böyük risk yaratdığını deyir.

Nəsib Quliyev valideynləri övladlarının sağlamlığına biganə qalmamaq üçün diqqətli olmağa çağırır.

Şıx çimərliyinə ailəvi gələnlər isə suyun çirkli olması fikri ilə razılaşmırlar.

Respublika Gigiyena və Epidomologiya Mərkəzi dəniz mövsümü qabağı bütün çimərliklərdə monitorinqlər aparıb və Sumqayıt, Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Sahil və Səbail rayonunun Şıx çimərliklərində çimməyi qadağan edib. Səbəb isə bu çimərliklərdə bağırsaq çöplərinin normadan artıq olmasıdır.