Bakıda çimərlikdə oğurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Şıxov qəsəbəsi Salyan yolu 22 ünvanında yerləşən çimərlikdə 1987-ci il təvəllüdlü Sərxan Balakişiyevin 900 manat pulu, telefonu və kartları oğurlanıb. Paltarlarını çıxarıb dənizə girən şəxs geri qayıdanda ciblərinin boşaldıldığını görüb. O, məsələ ilə bağlı polisə müraciət edib.
Araşdırma aparılır.