Şıxov çimərliyində 30 yaşlı kişiyə qarşı CİNAYƏT

  • By admin
  • 09 İyul 2017 19:00

5706535d9d958b3d2463a28b66be9df9

 

Bakıda çimərlikdə oğurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Şıxov qəsəbəsi Salyan yolu 22 ünvanında yerləşən çimərlikdə 1987-ci il təvəllüdlü Sərxan Balakişiyevin 900 manat pulu, telefonu və kartları oğurlanıb. Paltarlarını çıxarıb dənizə girən şəxs geri qayıdanda ciblərinin boşaldıldığını görüb. O, məsələ ilə bağlı polisə müraciət edib.

Araşdırma aparılır.