Siyəzən rayonunda ağr yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə az öncə baş verib.
Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib.
Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.
***
Qəza zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb.
Yaralanan şəxslərin bəzilərinin adı artıq müəyyənləşib:
Salamov Pərviz Fəxrəddin oğlu – 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu – 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu – 1991 təvəllüdlü
Digər yaralıların adları hələlik bilinmir.
Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.
***
APA Siyəzən Polis Şöbəsinə istinadla daha 2 ağır yaralının adını müəyyənləşdirib. Bunlar Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Cavid Əzimov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur.
Balabəyov Firuz Canlar oğlunun da ağır yaralı olduğu bildirilib.
***
09:57
Siyəzən Regional Doaqnostika Mərkəzindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya 10 yaralı gətirilib.
“10 nəfərin heç biri ağır yaralı olmayıb, reanimasiya şöbəsinə də kimsə yatırılmayıb. Yaralılar müayinədən sonra ambulator müalicəyə göndərilib”, – Mərkəzdən qeyd edilib.
Gununsesi.info