Siyəzəndə iki avtomobil toqquşub

  • By admin
  • 29 Avqust 2017 19:34

qeza_0235
Siyəzən rayonunun Zarat kəndi ərazisində VAZ markalı minik avtomobili ilə “Niva” markalı minik avtomobili toqquşub.

Gununsesi.info-nun FHN-in saytına istinadən veridiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olduqdan sonra Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Xiasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info