Siyəzəndə maşın aşdı -1ölü

  • By admin
  • 12 Oktyabr 2016 20:24

qeza

 

Bu gün axşam saatlarında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı “BMW” markalı maşın aşıb.  Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info