Siyəzəndəki yanğının söndürülməsində 1500 nəfər iştirak edib

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğının söndürülməsində 1500 canlı qüvvə iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Siyəzən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bura həm Sədan, həm də digər kənd sakinləri, həmçinin Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, FHN-nin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri daxildir.

 

 

 

Gununsesi.info