Siyəzəndə iki qadını gün vurdu, səhhətləri pisləşdi

  • By admin
  • 11 Avqust 2016 16:22

gunesli_hava523234

 

Bu gün Siyəzən rayonunda günvurma faktı qeydə alınıb.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, Siyəzən rayon sakinləri 1972-ci il təvəllüdlü Məmmədova Səbinə Həmid qızı və 1982-ci il təvəllüdlü Qoçəliyeva Xalidə Nadir qızı günvurma diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki şəxsə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Gununsesi.info