Siyəzəndə yol qəzası - YARALILAR VAR

  • By admin
  • 10 Noyabr 2017 08:50

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

“Şaqman” markalı yük maşını ilə “Kamaz” markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə.Əliyevin vəziyyəti orta ağırdır, E. Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info