Siyəzəndə yol qəzasında yaralananlardan biri öldü

  • By admin
  • 06 Sentyabr 2017 20:19

95e2549aa6796853c4928b4117e3d495
Bakı-Quba yolunda bu gün baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan Rusiya vətəndaşlarından biri ölüb.

APA-nın şimal bürosunun xəbərinə görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 1974-cü il təvəllüdlü Esmira Abdullayeva orada dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları – 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.

 

Gununsesi.info