
Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul başda olmaqla bələdiyyə seçkilərdə kimin namizəd olacağı maraq doğursa da, rəy sorğusunun nəticələrinin bəlli olduğu iddia edilib.
Gununsesi.info xəbər verir ki, sözügedən nəticələri paylaşan jurnalist Deniz Zeyrek partiya sədri Rəcəb Tayyib Ərdoğana çatdırıldığı 3 namizədin adını açıqlayıb.
AK Partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyəti sürətlənir. Namizədlərin seçilməsi prosesi diqqət mərkəzində olarkən, xüsusilə İstanbul üçün diqqətlə hazırlanır. İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə qalib gəlmək istəyən AK Partiyadan hansı şəxsin namizəd olacağı maraq doğurur.
Namizədi müəyyən etmək üçün trend sorğusundan istifadə edən AK Partiyada İstanbula səsvermənin nəticələrinin bəlli olduğu iddia edilib. “Sözcü” yazarı Deniz Zeyrek bu günlərdə İstanbulda keçirilən trend sorğusunun nəticələrini oxucuları ilə bölüşüb.
Sözügedən nəticələrin prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildiyini bildirən jurnalist ilk üç namizədi belə təsvir edib:
“Mənbələrim məlumat verdi ki, İstanbulun Esenler bələdiyyə sədri Tevfik Göksu birinci, iddialı namizədlərdən olan keçmiş nazir Murat Kurum üçüncü olub. Fatih bələdiyyə sədri Mehmet Ergün Turan isə ikinci olub”.
Zeyrek məqaləsində “Mənim bir mənbəm Ərdoğanın bu üç şəxsdən başqa sürpriz namizəd də açıqlaya biləcəyini söylədi” deyə qeyd edib. Bu şəxsin İstanbulun Güngören bələdiyyə sədri Bünyamin Dəmir olub-olmayacağı maraq doğurur.
Gununsesi.info