Siyasətdə savaş, ticarətdə barış

  • By admin
  • 25 Oktyabr 2022 18:11

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 538 milyon 206 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çoxdur.

Bu ilin 9 ayında Azərbaycan Rusiyadan 1 milyard 910 milyon 699 min dollarlıq məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur. Azərbaycanın ümumi idxalının 18,56 faizi Rusiyanın payına düşüb. Ötən dövrdə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.
Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 627 milyon 507 min dollar təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox deməkdir. Ölkənin ümumi ixracının 2,13 faizi Rusiyanın payına düşüb.

Elçin

Gununsesi.info