“Siyasi əlaqələrimiz son 26 ildə bu səviyyədə olmayıb”- NAZİR (VİDEO)

“Siyasi əlaqələrimiz son 26 ildə bu səviyyədə olmayıb”

“Biz çox şadıq ki, Azərbaycan tranzit koridorlarında iştirak edir. Eləcə də enerji layihələrinin mərkəzində yerləşir və iştirak edir”.

Gununsesi.info xəbər verir ki, bunu İran İslam respublikasının xarici işlər naziri Muhəmməd Cavad Zərif Real TV-yə eksklüziv müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu layihələr həm Azərbaycan, həm də region xalqlarının mənafeyinə xidmət edir.

“Azərbaycanın bu layihələrdəki mövqeyi həm iqtisadi cəhətdən, həm də regeionun sabitiliyinə çox faydalıdır. Azərbaycan bu formullarda, vektorlarda çox önəmli rola malikdir. Biz də Azərbaycanla çoxtərəfli tərəfadşlığımızı istər enerji, istər tranzit sahəsində genişləndirmək istəyirik”, – deyə Muhəmməd Cavad Zərif qeyd edib.

Nazir həmçinin bildirib ki, İran və Azərbaycan arasında istər iqtisadi, istərsə də siyasi əlaqələrimiz son 26 ildə bu səviyyədə olmayıb.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Gununsesi.info

COMMENTS