Siyasi gərginləyə  səbəb olan öpüş - FOTO

  • By admin
  • 01 İyul 2016 11:09

opus 1

 

Məhşur türkiyəli müğənni Emel Sayının 39 il öncə qarşılaşdığı maraqlı məqam üzə çıxıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müğənni 39 il öncə 1 aylıq Tunis səfərinə çıxır və orda çox sevildiyinə görə dövlətin rəhbəri Habip Burgiba tərəfindən xüsusi qarşılanır.Bir ay müxtəlif konsertlərlə tunisliləri sevindirən ifaçı səfərinin sonunda prezidentin dəvəti ilə qonaqlığa gedir. Rəhbərin xüsusi hədiyyəsinə layiq görülən Emel Sayın, hədiyyəni qəbul edərkən Habip Burgiba tərəfindən öpülür. Ölkəsinə qayıtdıqda isə mətbuatda onların sevgili olduğu xəbərlərini görür. Bundan qəzəblənən müğənninin həyat yoldaşı İsmet Kasapoğlu, ifaçının yenidən  Tunisə getməsini əngəlləyir. İkinci dəfə Emel Sayını gözləyən prezident və tunislilər ifaçıdan rədd cavabı alır. Böyük hazırlıqları ləğv etdirən ifaçı, 1977 ildə Türkiyə ilə Tunis arasında xarici siyasətin qarışmasına səbəb olur. Məhs bundan sonra Şimalı Afrikadakı ərəb ölkəsi ilə Ankaranın xarici  siyasəti ciddi gərginliklər yaşamağa başlayır.

 

opus

 

Sevinc Xeyrulla