1999-cu ildən həbsdə olan Özbəkistanın “Erk” qəzetinin baş redaktoru Muhəmməd Bekjanov bu gün azadlığa çıxıb.
Gununsesi.info “fergananews.com”-a istinadən xəbər verir ki, bu barədə onun qızı Aygül Bekjan məlumat verib. O deyib ki, atası Muhamməd Bekjan Zərəfşan şəhərindən cəza çəkdiyi həbsxanadan çıxaraq Daşkəndə gəlir.
M. Bejanovun ABŞ-da yaşayan ailəsi 18 ilən sonra onunla görüşməyi səbrsizliklə gözləyirlər.
M. Bekjanovun azad olunması ilə bağlı ilk məlumat şifahi formada bir ay bundan öncə ailəsinə məlumat verilib. Onun hansı şərtlərlə azadlığa buraxılması bəlli deyil.
62 yaşlı M. Bekjanov Özbəkistanın Xalq hərəkatının lideri Muhəmməd Salehin qardaşıdır. M. Bekjanov fevralın 16-da 1999-cu ildə Daşkənddə partlayış törətməkdə ittiham olunaraq həbs olunub.
Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyev hakimiyyətə gəldikdən sonra bunadək 63 yaşı hüquq müdafiəçisi Bobomurad Razzakov, siyasi məhbus Səməndər Kukanov azadlığa buraxılıb.
Gununsesi.info