Siyasi məhbuslar azadlığa çıxacaqmı? - RƏY

  • By admin
  • 30 Yanvar 2018 14:46

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Əfv Məsələləri Komissiyasının iclası ilə bağlı Gununsesi.info-ya açıqlamasında sözügedən komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, komissiyanın işinə başlaması mart ayında prezident tərəfindən əfv sərəncamının veriləcəyini göstərir.

“Amma bütün hallarda bu, prezidentin müstəsna səlahiyyətidir” deyən Əliməmməd Nuriyev qeyd edib ki, son əfv sərəncamı təxminən bir il öncə verilib.

O, həmçinin, bildirib ki, bu müddət ərzində Əfv Məsələləri Komissiyası tərəfindən çoxsaylı müraciətlərə baxılıb və komissiya bu müraciətlərin hər birini müzakirə etmək üçün toplaşır: “Yəqin mart ayına qədər çoxsaylı iclaslarımız olacaq”.

Siyasi məhbusların azadlığa buraxılmasına gəlincə, Əliməmməd Nuriyev qeyd edib ki, həbsdə olan hər bir vətəndaşı azad etmək hüququ ölkə başçısına məxsusdur.

Sözügedən mövzu ilə bağlı Gununsesi.info-ya danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfv məsələsinin gündəmdə olduğunu vurğulayıb.

Siyasi məhbuslarla bağlı məsələyə gəlincə, hüquq müdafiəçisi bildirib ki, onların da əfv olunacağı gözlənilir.

Gununsesi.info