Siyasi məhbuslar azadlığa çıxır -HÖKUMƏT İSRARINDAN DAŞINIR

  • By admin
  • 18 Sentyabr 2017 12:30

siyasimehbusə

Qarşıdakı bir neçə ay ərzində ölkədəki siyasi məhbusların böyük qismi azadlığa buraxılacaq.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbərdə bildirilir ki, Mehman Əliyevin, onun ardınca Faiq Əmirlinin azadlığa buraxılması bu prosesin startı sayıla bilər.

İndiyə qədər siyasi məhbusların azad edilməməsi üçün israr nümayiş etdirən hökumətin artıq fərqli mövqe tutduğu bildirilir.

Ölkədə insan hüquqları ilə bağlı problemlərin həll ediləcəyi təqdirdə Avropanın iri maliyyə qurumları hökumətin bir neçə layihəsini də maliyyələşdirəcək. Ölkədə ciddi maliyyə probleminin yaşandığı bir məqamda hökumətin siyasi məhbus problemi ilə bağlı qərarını dəyişməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Gununsesi.info