Siyasi məhbuslar kütləvi şəkildə tibbi müayinədən keçirilir

  • By admin
  • 21 Fevral 2024 22:55

Son 3 gün ərzində Azərbaycan həbsxanalarında saxlanılan siyasi məhbuslar kütləvi şəkildə tibbi  müayinədən keçirilir.

Gununsesi.info-nun xəbərinə görə, hazırda həbsdə olan müxalif lider Tofiq Yaqublu, sabiq deputat Nazim Bəydəmirli, jurnalist  Polad Aslanov və digər məhbuslar tibbi müayinədən keçirilib.

Saytımızın araşdırması zamanı məlum olub ki, bu barədə göstəriş Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gəlib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyada həbsxanada müxlaif lider Aleksey Navalnı vəfat edib.

 

Gununsesi.info