Siyasi məhbusların siyahısı Prezidentə göndərilib

  • By admin
  • 27 Aprel 2022 11:25

Azərbaycanda fəaliyyət göstərən bir qrup İnsan Haqlarının Müdafiəsi Təşkilatları gələn ay gözlənilən əfv fərmanı ilə bağlı Prezident İlham Əliyevə siyahı göndərib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Prezidentinə 33 nəfərdən ibarət siyasi məhbus siyahısı göndərilib.

Qeyd edək ki, gələn ay Azərbaycanda əfv fərmanının imzalanması gözlənilir. Artıq Əfv Komissiyası özünün ilk iclasını keçirib.

Gununsesi.info