“Siyasi partiyalar haqqında” qanuna yeni dəyişiklik edilir

  • By admin
  • 01 Mart 2017 12:27
milli-meclis
 
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, “Siyasi partiyalar haqqında” qanununa dəyişiklik təklifinə əsasən, bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.
Qanuna nəzərdə tutulan dəyişiklik  MM-in plenar iclasına tövsiyə edilib.
Mürtəza
Gununsesi.info
.