“Siyasi partiyalar haqqında” qanunun müzakirəsi başladı

Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” qanunun ictimai müzakirəsi başlayıb.

Gununsesi.info xəbər verir ki, dinləmələrdə Milli Məclisin üzvləri, QHT rəhbərləri, partiya sədrləri iştirak edir.

HTML tutorial

Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, müzakirələrdə qaldırılan fikir və təkliflərdən istifadə ediləcək. O, əlavə edib ki, son zamanlar ölkədə ciddi dəyişikliklər baş verib:

“İqtidar-müxalifət dialoqu uğurla davam edir. Parlamentdə müxalifət partiyalarının nümayəndələri komitələrdə rəhbər vəzifələr tutur. Siyasi partiyalar haqqında qanun 30 il əvvəl qəbul edilib, ona yenidən baxılmasına ehtiyac var”.

Gununsesi.info