“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi yumşaldılıb - SEÇKİLƏRİ BOYKOT EDƏN PARTİYALARIN QEYDİYYATI LƏĞV EDİLMƏYƏCƏK

  • By admin
  • 22 Noyabr 2022 16:22

Xəbər verdiyimiz kimi Milli Məclis yaxın zamanlarda  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müzakirə edəcək.

Qeyd edək ki, ictimai dinləmələrdən sonra parlament qanun layihəsinin yenilənmiş variantını təqdim edib.

HTML tutorial

Əvvəlki layihə ölkənin əsas müxalifət qurumları  və müstəqil ekspertlər tərəfindən sərt tənqidlərə məruz qalıb.

Hətta yeni layihəyə qarşı çıxan AXCP fəalları Milli Məclisin qarşısında etiraz aksiyaları da keçirmişdi.

Bəs görəsən, yeni layihədə hansı dəyişikliklər var? 

Gununsesi.info köhnə və yeni layihələr arasında  müqayisə aparıb.

Məlum olub ki, yeni layihədə partiya təsisçilərinin sayı 200 nəfərdən 50 nəfərə endirilib.

Bundan başqa yeni variantda  partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamaq tələbi də aradan qaldırılıb.

Habelə, siyasi partiyaların qeydiyyatı üçün lazim olan imza sayı yarıya qədər azaldılıb və iki dəfə ardıcıl seçkiləri boykot edən partiyaların qeydiyyatının məhkəmə qaydasında ləğvi tələbi də götürülüb.

 

Afət Abbasova

Gununsesi.info