
Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin bu gün keçirilən birgə iclasında aparılan müzakirələrdə deyib.
Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Mürtəza
Gununsesi.info