

Büdcədən maliyyələşən siyasi partiyalara büdcə ayrımalarının artırılması gündəmdədir.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Tahir Kərimlinin qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, büdcədən maliyyələşən siyasi partiyalara və QHT-lərə büdcə vəsaitinin artırılması düşünülür.
Qeyd edək ki, T. Kərimli çıxışında bildirib ki, parlamentdə təmsil olunan partiyalara 2,5 milyon vəsait ayrılır və onun da cəmi 1,2 milyon manatı partiyalara verilir:
“Bu 1,2 milyon manat vəsaiti də 11 partiya arasında böləndə ortada bir şey qalmır. Bu partiyaların strukturları, yerli şöbələri var, onları bu pulla saxlamaq mümkün deyi. Ona görə də hökumətə təklif edirəm ki, bu vəsait artırılsın”.
Mürtəza
Gununsesi.info