Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatıb

  • By admin
  • 01 Aprel 2018 13:36


Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb.

Gununsesi.info-un xəbərinə görə, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Gununsesi.info