Bu gün Qorqud Partiyasının sədri Firudin Kərimov Prezident Administrasiyasına dəvət edilib. Partiya sədri Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüyünü bildirib.
Gununsesi.org xəbər verir ki, görüş zamanı partiyanın siyasi proseslərdə iştirakı, cəmiyyətdəki rolu, perspektiv planları, dövlət və milli maraqların müdafiəsi istiqamətində görə biləcəyi işlər müzakirə edilmişdir.