Son dövrlərdə siyasi səhnədə olan şəxs və siyasi mübarizə yolu seçən şəxslərin öz rəqiblərinə qarşı sivil mübarizə metodlarından istifadə etməklə özünə tərəfdar toplamaq əvəzinə, bunun əksini edir. Belə ki, bu gün biz siyasi səhnədə daha çox “qurşaqdan aşağı” taktikasının şahidiyik. Artıq yaranmış vəziyyət cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Cəmiyyəti ciddi narahat edən bu məsələ ilə bağlı olaraq deputatların mövqeyini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan deputat Rüstəm Xəlilov bildirib ki, siyasi mübarizədə qeyri-etik formalardan deyil, sivil qaydalardan istifadə edib mübarizə aparmalıdır. “Siyasi müxalifət mübarizəsini qeyri sivil qaydada aparır. Ona görə də son dövrlərdə bu mübarizə yolu seçənləri müxalifət hesab etmirəm. Onları sadəcə küçə uşaqları hesab edirəm”- deyə, R. Xəlilov vurğulayıb.
Siyasi mübarizədə təhqir və söyüş, milli- mənəvi dəyərlərə zidd hərəkət yol verilməz olduğunu hesab edən deputat bildirib ki, evini, ailəsini atıb ölkəni tərk edərək, xarici ölkələrdə sığınanaraq, Azərbaycanın düşmənləri əlində alətə çevrilən bir qrup şəxs, həmin anti-Azərbaycan güclərdən qrant alaraq başlayıblar insanlığa sığmayan fəaliyyətlə məşğul olmağa. “Onların bu fəaliyyətini ancaq və ancaq dövlətimiz və millətimizə olan xəyanət kimi dəyərləndirilməlidir. Bunun başqa adı yoxdur. Bir daha təkrar edirəm ki, siyasi səhnədə mübarizə aparan siyasi qüvvə seçdiyi yoldan asılı olmayaraq mübarizəsini insanlığa sığmayan, qeyri-etik hərəkətlərədən, təhqirlərdən istifadə etməklə mübarizə aparmamalıdır. İndi rastlaşdığımız mübarizə metodu isə milli-mənəvi dəyərlərimizə, ümumiyyətlə sivil siyasi mübarizə taktikasına zidd olan hallardır. Belə hallar yolverilməzdir. Bunlara qarşı bütün imkanlardan istifadə edib mübarizə aparılmalıdır”- deyə, R. Xəlilov bildirib.
Deputat Tahir Kərimli də baş verənlərdən narahatlığını ifadə edərək bunları milli-mənəvi dəyərlərimizə zidd hərəkət hesab edib. “Son dövrlərdə, xüsusən də sosial şəbəkələrdə təhqilər baş alıb gedir. Ümumiyyətlə bu prosesi mən millətə başucalığı gətirməyən hal kimi dəyərləndirirəm. Bu bizim millətə, xalqımıza, dövlətimizə yaraşan hal deyil. Axı necə ola bilər ki, həyasızlıq ritorikası cəmiyyətə hakim kəsilsin. Bu adət-ənənlərimzə zidddir. Bunun qarşısı alınmalıdır”- deyə, T. Kərimli vurğulayıb.
T. Kərimli hesab edir ki, hadisələr kütləvi hal olduğundan hamı olmasa da, bu prosesin aparıcıları hansısa formada cəzalandırılmalıdır. Bununla belə deputat təklif edib ki, təhqir yayan sosoial şəbəkələr və həmin məlumatlar bloklanmalıdır. “Bu praktikadan dünyanın bir sıra ölkəsində istifadə olunur və biz də bundan yararlana bilərik. Bunun qarşısı alınmalıdır. Başqa yolu yoxdur”-deyə, deputat bildirib.
Deputat Tahir Rzayev isə deyib ki, hələ zamanında Heydər Əliyev ağıl olan yerdə söyüşə, təhqirə yer yoxdur. “Siyasətdə söyüş, təhqir gücsüzlüyün əlamətidir. Əgər qarşı tərəfin mövqeyi ilə razı deyilsənsə, onu öz arqumentlərinlə əsaslandır və cəmiyyətə çatdır. Çünki cəmiyyətdə müxtəlif fikirlər ola bilər və bu təbiidir. Azərbaycan da demokratik ölkə olaraq siyasi plüralizm, fikir və söz azadlığı mövcuddur. Fikrini etik qaydaları pozmadan sərbəst surətdə bildir və o zaman kimsə sənə hansısa formada etiraz edə bilməz. Lakin bunu bacara bilməyənlər dilinə güc verib keçirlər təhqirə və söyüşə… Bu isə artıq onların səviyyəsinin, savadının və arqumentinin olmadığının göstəricisidir. Yəni heç bir siyasi savadı olmayan insanlar başqa yol tapmadıqlarından keçiblər təhqirə. Bunlar arasında bəzi müxalif qüvvələri və xaricdə sığınan bir qrup insan var. Odur ki, mən də bir insan, deputat və siyasi səhnədə olan şəxs kimi bunu yolverilməz hal hesab edirəm. Hesab eirəm ki, syasi mövqeyindən iqtidar-müxalifət olmasından asılı olmayaraq siyasi mübarizə sivil qaydalara əsaslanaraq aparılmalıdır və bundan uzaq olmalıdır. siyasi mübarizədə insanın şəxsi həyatı, ailəsi hədəf seçilə bilməz.Bu yolverilməzdir. Ona görə də bu hərəkətlərə yol verənlər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar”- deyə, deputat vurğulayıb.
Gununsesi.info