Siyavuş Aslanın oğlu dəfn edildi - Fotolar

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.

Bildirilib ki, dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və teatrın digər əməkdaşları iştirak edib.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat edib, onun nəşi 7 gündən artıq morqda qalıb.

Məsələ ilə bağlı ilk məlumatı Gununsesi.info yayıb.

Allah rəhmət eləsin.

 

 

Gununsesi.info