Siyavuş Novruzov: “5-10 manata görə ölkədəki sabitliyi poza bilmərik”

  • By admin
  • 02 May 2017 13:50
siyavus
“Turizmlə bağlı bir sıra ciddi məsələlər var ki, onlar nəzərə alınmalıdır. Düzdür, bunlar birbaşa Turizm Nazirliyinin faəliyyəti ilə bağlı olmasa da, digərlərinin fəaliyyəti ilə bağldır. Ona görə də biz bu məsələləri birlikdə aradan qaldırılmasına çalışmalıyıq”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov bu gün Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ilk  növbədə ölkəyə gələn  turislərin kimliyi müəyyən olunmalıdır. “Dünyada baş verən hadisələrə nəzərə saldıqda o zaman onların kimliyinin bilinməsi vacibdir. Həmin şəxslərin mənzildə yaşadıqda, hansı  hadisəni törədəcəyi haqqında heç kimin məlumatı olmur. Heç onların şəxsiyyət vəsiqələrinin sürəti belə çıxarılmır. Bu məsələyə ciddi diqqətlə yanaşmalıyıq. Biz 5-10 manata görə ölkədəki  sabitliyi poza bilmərik”- deyə, millət vəkili vurğulayıb.
 
S. Novruzov əlavə edib ki, elanlarda halal otel  ifadəsi   yazılır . “Bu nə deməkdir, hansı termonologiyaya uyğundur?  “Belə  çıxır ki, qalanları haramdır,  bir bu halaldır.  Əgər haramdırsa o zaman orada nə hadisələr baş verir?  Bir vaxtlar kolbasalara  halal yazısı qoyurdular, indi də otellərin belə reklamlarını keçirirlər”.
 
O deyib ki, Azərbaycan dünyəvi  dövlətdir,  dünyada  otellərə tələb necə qoyulursa, bizdə də tələblər elə olmalıdır: “Buna nəzarət olunmalıdır”.
 
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə  cavabında deyib ki, ciddi narahatlığa ehtiyac yoxdur: “Turistlər ölkəyə gələrkən  sərhəd və miqrasiya xidmətindən keçrirlər.  Qeydiyyata düşürlər. Güman edirəm ki, narahatlığa etiyac yoxdur. Təbii ki, ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzrərə alırıq və alacağıq”. 
 Mürtəza
Gununsesi.info