“Avropa hansı ədaləti tətbiq etmək istəyir?” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 02 May 2017 13:14

siyavus

“AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur.  Çünki, biz dəfələrlə Avropa Strukturları tərəfindən Türkiyə və Azərbaycan qarşı ədalətsiz mövqenin şahidi olmuşuq ki, bu da növbəti  ədalətsiz  mövqelərdən biridir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov   parlamentin plenar iclasında cari məsələlər müzakirə olunarkən deyib.
Deputatın sözlərinə görə,  əgər faktlara əsaslanılsa,  o zaman  AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz prisiplərə uyğun yanaşma olduğunu görmək mümkündür:  
“İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendum seçkiləri ilə bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün  kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda  çıxışları üçün  lazımi şərait yaradılıb. Hətta  türk müxalifətinin özü belə, referendumun  fövqəladə vəziyyət  şəraitində keçirildiyi kəlməsini işlətmədi.  Avropa Roma papasında daha artıq xristian olub və türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 70-60 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur seçkilər antidemopkratik keçirilib, saxtalaşdırılıb.  Az səs toplanan da deyirlər ki niyə azdır. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir. Əskinə Türkiyədə elə şərait yaradılmışdır ki, insanların 46 faizindən çoxu layihənin əleyhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan lazımı şəraitin olduğunu göstərir. Bundan başqa  Avropa hansı ədaləti tətbiq etmək istəyir?”.
Türkiyənin ömür boyu terrorizmlə mübarizə apardığını deyən S. Novruzov qeyd edib ki, necə olur ki,  Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür?: “ Avropa ərazisində bir qəzetin  redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda,  bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir”.
Mürtəza
Gununsesi.info