Siyavuş Novruzov: “Azərbaycanda acından ölən yoxdur”

  • By admin
  • 05 Dekabr 2019 16:42

“Azərbaycanda acından ölən yoxdur. Burada söhbət fiziki ölməkdən gedir”.

Gununsesi.org–un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov musavat.com-un canlı yayımında deyib.

 

“Kasıb insanlar, müalicə üçün vəsait axtaran insanlar var. Biz bunu həmişə etiraf etmişik. Zamanla həmin qrup insanların problemlərinin həll edilməsi istiamətində iş aparılır. Amma “Azərbaycanda insanlar acından qırılır, acınacaqlı vəziyyətdir” demək doğru deyil” – S.Novruzov qeyd edib.

 

Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tərəfdarları var, trolları yoxdur: “Partiyanın 700 mindən çox üzvü var, bunların hər biri vətəninə, xalqına sədaqətlidir. Bu insanların da sosial şəbəkələrdə yazmaq, fikir bildirmək hüquqları var. Biz təhqirin əleyhinəyik, bununla bağlı partiya üzvlərinə də tapşırıqlarımızı vermişik”.

Gununsesi.org