Siyavuş Novruzov: “Bir hissəsi nurçu, bir hissəsi iranlı, bir hissəsi isə vəhabi idi”

  • By admin
  • 17 Sentyabr 2016 23:10

Siyavush Novruzov

Məlum olduğu kimi, bu gün Milli Şuranın növbəti aksiyası keçirilib. Maraqlıdır, YAP Milli Şuranın bu aksiyasını necə dəyərləndirir? Məsələ ilə bağlıModerator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bu aksiyaya xalqın heç bir dəstək vermədiyini vurğuladı: “Xalq bu aksiyaya əsla dəstək vermədi. Xalq aksiyaya qatılmamaqla müxalifətə öz etirazını bildirdi. İlahi-pərvərdigar da qeyri-möminlərin mömin pərdəsi altında mitinq keçirməklə bağlı atdığı addımları qəbul etmədi. Yaranmış şərait bunu söyləməyə əsas verir.

Toplaşanların bir qismi də, dini ekstremizmlə məşğul olanların yaxınları idi. Onların xalq adından danışmaq haqqı və cəsarətləri yoxdur, ola da bilməz. Onlar xalqı təmsil etmirlər. Onlar ayrı-ayrı qrupları, kəşfiyyat orqanlarını, qızışdırıcı dini təriqətləri təmsil edirlər.

Toplaşanların bir hissəsi nurçu, bir hissəsi iranlı, bir hissəsi isə vəhabi idi. Bunların hamısı onların geyimində əks olunmuşdur. Toplaşan adamlar müxtəlif dairələrdən alınan pullar hesabına ora yığışan adamlar idi və qısa zamanda dağılışıb getdilər”.

 

Seymur Əliyev