Siyavuş Novruzov: “Bu qanunun heç bir faydası olmayacaq”

  • Müəllif: admin
  • 07 Aprel 2017 16:10

siyavus

YAP-çı millət vəkili Siyavuş Novruzov bankların hazırki duruma düşməsinin iqtisadi vəziyyətlə əlaqələndirilməsinə etiraz edib.

Gununsesi.info xəbər verir ki, o, çıxışında qeyd edib ki, bankların bu duruma düşməsində iqtisadiyyatın rolu olmayıb: “ Səbəb odur ki, bank rəhbərləri maliyyə oğurluğu ilə məşğul olub. Bunu keçirilən məhkəmələrdən də görmək mümkündür. Banklar kökündən sağlamlaşmalıdır. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırmaq lazımdır. Yoxsa “körpü bank” yaradılır, nə bilim nə olur, əgər şəffaflıq olmayacaqsa, bunun faydası olmayacaq. Milyardları götürüb getdilər”. 

Spiker Oqtay Əsədov isə qeyd edib ki, elə məqsəd də bankların kökündən sağlamlaşdırmaqdır: “Artıq bu körpü ilə olacaq, ya körpüsüz olacaq, bunu deyə bilmərik”.

 Kamil

Gununsesi.info