
“Bunlarınkı ancaq söyüşdür. Söyüş söyürlərsə, biz də onun qarşılıqlı cavabını verməliyik. Bəzən deyirlər ki, bu Siyavuş Novruzovun, Bahar Muradovanın, Ziyafət Əsgərovun işidir. Amma bu 125 deputatın işidir”.
Gununsesi.org xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə bildirib.
O qeyd edib ki, kimsə sosial şəbəkədə nə isə paylaşır, başqaları da altında söyüşünü yazıb çıxıb gedir.
Bəli, onlayn, sosial şəbəkələrlə bağlı məsələ tənzimlənməlidir. Azərbaycanda sosial problemlər həll olunduqca, bunlar tamamilə təşvişə düşürlər. Elə şəhid ailələri ilə bağlı məsələ həll edildi.
Bu gün onlar başa düşməlidir ki, Azərbaycanla bu dillə danışmaq mümkün deyil. Mən hesab etmirəm ki, Azərbaycanda kimsə dövlət nümayəndələri xaricdəkilərə xəbər ötürür. Mən kiminsə Azərbaycan dövlətindən xəbər ötürməyinə inanmıram. Bu gün komanda birdir. Hələ biz uzun müddət bir yerdə olub buna qarşı mübarizə aparacağıq”.












