Siyavuş Novruzov: “Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvüdür”

  • By admin
  • 14 Fevral 2017 12:45

siyavus-novruzov-manset

Millət vəkili Siyavuş  Novruzov bu günlərdə Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, millət vəkili bunu vətənə xəyanət kimi qiymətləndirib: “ Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun- Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi görün ki belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında olublar. Bu da  onların bir daha xəyanətkar olmasının sübutudur”.

Kamil 

Gununsesi.info