
“Bu azərbaycanlıların tutduğu mövqe ermənilərin mövqeyindən də pisdir”
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bir dəfə də olsun erməni səfirliyi qarşısında tədbir keçirməyən şəxslər, adlarını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçiriblər.
O qeyd edib ki, həmin qüvvələr 31 Martda erməniləri törətdiyi soyqırıma qarşı Kölndə azərbaycanlıların keçirdiyi aksiyay etiraz ediblər:
“Ermənilər artıq istirahət edə bilərlər. Bu azərbaycanlıların tutduğu mövqe ermənilərin mövqeyində də pisdir. Ədalətli siyasi mübarizə aparmaq olar. Düşmən dəyirmanına su tökən şəxslər erməni mətbuatında məşhurlaşıblar”.
Deputat deyib ki, Vətənə millətə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Azərbaycanlılara qarşı soyqırım törədənlərlə əlbir olmaq olmaz.
S.Novruzov həmkarlarına müraciət edərək deyib ki, mövqeyinizi qoyun ortaya:
“Bu məsələdə yekdil olmaq olmaz. Xalqı, milləti təhqir edirlər. Səfirlik Azərbaycanın bir hissəsidir, səfirliyin təhqir edirlər. Bu gün vətənin müdafiəsi məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir. Xahiş edirəm mövqeyinizi bildirin”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünya miqyaslı transmilli layihələr həyata keçirir. Bakıda keçirilən görüşlərə dünyanın nüfuzlu liderləri qatılır. Lakin Azərbaycanın apardığı siyasət bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır:
“Beləki əxlaqi dəyərlərin nə olduğunu bilməyənlər Azərbaycan dövlətinə, xalqına qarşı əsassız fikirlər səsləndirir”.
O bu hallara qarşı mübarizə aparılmalı olduğunu deyib.
Mürtəza
Gununsesi.info