Siyavuş Novruzov: “İqbal Ağazadə bir sillə, iki təpikdən sonra televiziyaya çıxıb …”

  • By admin
  • 22 İyun 2016 16:00

Siyavush Novruzov

 

“İqbal Ağazadə 2003-ci ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik”. Gununsesi.info-nun məlumatına görə, bu haqda YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisə Ağdaşdan təkrar keçirilən seçkilərlə bağlı namizədli olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin onun haqqında söylədiyi ittihamlarına cavab verərkən deyib. S. Novruzov İ. Ağazadəni qeyri-ciddi siyasətçi hesab etdiyini vurğulayıb. Qeyd edək ki, İqbal Ağazadə mətbuata açıqlamasında seçkinin nəticəsinə etiraz olaraq YAP-ın və Siyavuş Novruzovun haqqında sərt ifadələr işlədib: “Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur. Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.

Gülnaz Qənbərli