Siyavuş Novruzov: ” İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qurur”

  • By admin
  • 24 Fevral 2017 12:50

siyavus-novruzov-manset

Deputat Siyavuş Novruzov parlamentin plenar iclasında qeyd edib ki, Azərbaycanın  hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədən canilər haqqında şifahi də olsa cinayət işi açmalı və məhkəmə hökm çıxarmalıdır.

Gununsesi.info xəbər verir ki, deputat qeyd edib ki, bunun üçün oturub gözləmək olmaz: “Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır. Təbii ki, adamlar tutulub gətirilməlidir. Amma bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq.

Ölkə başçısı da Xocalı faciəsi ilə bağlı çıxışında qeyd etdi ki, Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər. Amma təəssüflər olsun ki, İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qururlar”.

Kamil 

Gununsesi.info