Siyavuş Novruzov Naxçıvana ayrılan pulun artırılmasını istəyir

“Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin məbləği artırılmalıdır”.

Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə təkliflə çıxış edib. 

Deputat bildirib ki, Naxçıvan Azərbaycanın strateji bölgəsidir. Onun sözlərinə görə, Naxçıvan əhalisi karantin rejiminə görə məhsulunu xarici bazara – Türkiyə və İrana sata bilmir.

“Onu da nəzərə almaq lazımdır ki, Naxçıvanda əlahiddə ordu var. Buna görə də təklif edirəm ki, Naxçıvana ayrılan dotasiyanın həcmi çoxaldılsın”. 

Gununsesi.info