Siyavuş Novruzov Rusiyanın ordeni ilə təltif olunub

  • By admin
  • 15 Sentyabr 2016 19:26

siya

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub.
YAP-dan Gununsesi.info-ya verilən məlumata görə, Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

HTML tutorial

 

 

Gununsesi.info