Siyavuş Novruzov “Təhsil haqqında” qanunu kaşa adlandırdı

Картинки по запросу siyavuş novruzov kimdir

“Qanunda xalqdan başqa bütün maraqlı tərəflərin maragı nəzərə alındı. Ona görə də təklif edirəm ki, “Təhsil haqqında”qanun yenidən işlənməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, qanunda bütün maraqlı tərəflərin marağı nəzərə alındığından, nəicədə kaşa alındı. “Mən məktəbəqədər təhsillə bağlı faktı deyim. Qanunda yazılır ki, məktəbəqədər təhsil almayan şəxs birinci sinfə gedə bilməz. Lakin bu gün ölkədə məktəbəqədər təhsilin səviyyəsi 20 faizdir. Əgər bu yoxdursa , bəs uşaq birinci sinfə necə getsin. Düzdür, sonradan Nazirlər Kabinetinin qərarı ilə bu məsələ tənzimləndi. Digər bir məqam. Bu gün təhsilimizdə bakalavr, magistr, doktorantura, aspirantura mövcuddur. Gəlin bunların birin seçək. Bu gün fəlsəfə üzrə filan sahənin doktoru elmi dərəcəsi var. Bir yandan da doktorantura fəaliyyət göstərir. Bu nə deməkdir. Əgər bu sistemi müəyyənləşdirmişiksə, gəlin ona uyğun hərəkət edək. Yoxsa sosializmdən, kapitalizmdən bir şey götürürük, o zaman qanun başqa səmtə yönəlir. Ona görə də Təhsil komitəsi qanun üzərində yenidən işləməlidir” – deyə, S.Novruzov bildirib.

Gununsesi.info

COMMENTS