Siyavuş Novruzov Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının bağlanmasına etiraz etdi.
Gununsesi.info xəbər verir ki, Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov əsas diqqəti Azərbaycanın növbəti ildə bəzi ölkələrdə diplomatik korpusunun bağlanması və ixtisarların aparılmasına yönəldib.
“Biz indi xarici ölkələrə necə izah edəcəyik ki, hansı səbəbdən bu diplomatik korpusları bağlayırıq və oradakı diplomatik nümyənədlərin sayını azaldırıq? Deyək ki, ölkəmizdə böhrandır?.. Məsələn, biz bu günlərdə prezident seçkiləri ilə bağlı Özbəkistanda olduq. Bu ölkədəki səfirlikdə hərbi attaşe ixtisara edilir. Özbəkistan tərəfi anlaya bilmir ki, niyə hərbi attaşe ləğv olunur?!
İzah etmək çətindir. Bunu ilk olaraq Müdafiə Nazirliyi düşünüb, ölçüb-biçməlidir ki, harada, hansı vəzifəni ixtisar edir. Onu da qeyd edim ki, Özbəkistan o ölkələrdəndir ki, Qarabağ məsələsinə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanı hər zaman müdafiə edir”– deyə, millət vəkili vurğulayıb.
S. Novruzov əlavə edib ki, struktur islahatları nətcəsində əldə edilən qənaət hesabına xarici ölkələrdəki diplomatik korpausları saxlamalıyıq və onları maliyyələşdirməliyik:
“Biz struktur islahatları hesabına bu sahəyə vəsait yönəldə bilərik. Necə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və digrə nazirliklərin birləşməsi büdcəyə nə qədər vəsaitə qənaət etdi. Dövlət aparatlarında aparılan ixtisarlar hesabına həm büdcəyə qənaət etmiş olarıq, həm də ki, xaricdə Azərbaycanın təbliğini təşkil etdirə bilərik”.
Struktur islahatlarının dərinləşməsinin vaciblyini deyən S. Novruzov bildirib ki, eyni adlı institutlar, kafedralar ixtisar və ləğv edilməlidir:
“Mən islahat deyəndə müəllimlərin ixtisarını nəzərdə tutumuram”.
Millət vəkili onu da əlavə edib ki, qanunvericilikdə belə bir məqam var ki, müəssisələrdə ixtisar olan zaman Qarabağ müharibəsi əlili,veteranı, şəhid ailəsinin üzvü ən sonda ixtisar edilməlidir:
“Amma hər şey əksinədir. İlk ixtisar olunanalar elə bu katerqoriyaya məxsus insanlar olur”.
Mürtəza
Gununsesi.info