

“2017-ci il turizm sahəsində Azərbaycan üçün sınaq ili olacaq”.
Gununsesi.info xəbər verir ki, bu fikri mədəniyyət və turizm naziri Əbülfəz Qarayaev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il xaricidən gələn turistlərin sayı bu il çoxalacaq: “Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.
Nazir əlavə edib ki, ona görə də bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq.
“Formula-1” yarışları zaman ölkəyə tursit axını ilə bağlı yaranacaq vəziyyətə aydınlıq gətirən nazir deyib ki, artıq indidən ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi dolur: “Artıq sifarişlər verilib. Bundan əlavə olaraq, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda dincələ bilərlər”.
“Formula-1” yarışları zaman ölkəyə tursit axını ilə bağlı yaranacaq vəziyyətə aydınlıq gətirən nazir deyib ki, artıq indidən ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi dolur: “Artıq sifarişlər verilib. Bundan əlavə olaraq, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda dincələ bilərlər”.
“Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Mənim də sualım var, siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun?”
Nazir bildirib ki, Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır: “Dünən bütün rayonlar üzrə təhlil aparmışam. Elə rayonlar, elə məkanlar var, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.
Hostellərlə bağlı sualları cavablandıran nazir deyib ki, özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunması lazımdır: “Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu iş pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, bu hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar kifayət qədər normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.
Mürtəza
Gununsesi.info