“Sizin mahnılarınızı bəyənmirəm” — Rövşanə Manaf Ağayevi özündən çıxartdı (VİDEO)

  • By admin
  • 17 Fevral 2020 14:04

“Siz gözəl insansınız, xətrinizi çox istəyirəm. Amma sizin mahnılara qulaq asmıram. Gözəl səsiniz var, amma janrınızı bəyənmirəm. Çalışıram efirimdə də bu tərz ifaları təbliğ etməyim”.
Gununsesi.org xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Səhər-səhər” verilişində qonaq olanmüğənni Manaf Ağayevə söyləyib.
O, ifaçının oxumaq tərzini tənqid edib.
Aparıcının sözlərinə əsəbiləşən Manaf “Mənim sənətimi bəyənmirsiniz. Bu janrda oxuyanlardan soruşacam görüm, sizi bəyənirlər? Zövqlər müxtəlifdir. Özümdən başqa oxuyan tanımıram” cavabını verib.

 

Gununsesi.org