“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam” -Nigar Şabanova

  • By admin
  • 06 Oktyabr 2022 19:25

Əməkdar artist Nigar Şabanova XTQ giziri, hərbçi Xəyyam Qaragözovdən boşanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ifaçı instaqramda məlumat yayıb. O, məsələyə sosial media hesabında aydınlıq gətirib.

“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görəcəksiniz ki, əyninə hərbi forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəyə qarışdırmayın. Kişi ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə, əyninə forma geyinmək başqa işdir.

Pis rəy yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.

Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı. Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın əmələ gətirə bilməz. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram” – o, paylaşımında yazıb.

Gununsesi.info