Sizin ucbatınızdan zob xəstələri yod tapmır -ÜLKƏR ABDULLAYEVA YOD QITLIĞINDAN YAZDI

  • By admin
  • 12 Oktyabr 2022 13:21

Son günlər Azərbaycanda yod qıtlığı barədə məlumatlar ciddiləşməkdədir.

Ölkə sakinləri Rusiyanın Ukraynaya nüvə silahı tətbiq edəcəyindən sonra radiasiyaya qorunmaq üçün apteklərdən kütləvi şəkildə yod alır.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist  Ülkər Abdullayeva yaranmış durumla bağlı fikirlərini bölüşüb.

Həmin qeydləri təqdim edirik.

 

ABŞ-ın 1945-ci ildə Xirosimaya atdığı atom bombası 15 kiloton trotil ekvivalentində idi və 160 minə yaxın insanın ölümünə səbəb olmuşdu. Müasir taktiki nüvə silahlarının zərbə dalğası 100 kiloton, strateji silahlarınkı isə 1000 kilotonla ölçülür. Rusiya Ukraynaya qarşı 100 kilotonluq nüvə silahı atsa, fəlakətin həcmini düşünmək belə istəmirəm. ABŞ Səhiyyə nazirliyi artıq nüvə radiasiyası əleyhinə 300 mln dollarlıq dərman sifarişi verib. Azərbaycan xalqı isə kütləvi surətdə apreklərdən yod məhlulu alaraq mümkün nüvə müharibəsinə qarşı profilaktik tədbirlər görür.
Apteklərimizdə satılan yod bizi radiasiya şüasından qorumağa qadir deyil. Yodu vedrə-vedrə alıb evdə saxlamağın mənası yoxdur.

Sizin ucbatınızdan zob xəstələri yod tapmır, yaranın kənarına vurmağa 1 şüşə yod ala bilmirik. Dincəlin bir az…

 

Günay

Gununsesi.info