SKANDAL: Rüşvət almaqda ittiham edilən deputat Avropa Parlamentində yenidən vəkil oldu – Eva Kaili…

  • By arzu
  • 14 Sentyabr 2023 22:29

2022-ci ilin sonunda Avropanı sarsıdan rüşvət skandalının baş rolundakı Eva Kaili aylar sonra yeindən Avropa Parlamentindəki kürsüsünə qayıdıb. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yunan siyasətçi Eva Kaili yenidən Stratburqdakı Avropa Parlamentində deputatlıq kürsüsündə yer alacaq.

Avropa Parlamentinin iclasında iştirak edən Kaili Belarusdan olan müxalif lider Svetlana Txanovskayanın nitqini dinləyərkən görünür.

Belaruslu müxalif siyasətçinin Avropadan dəstək istəyərkən etdiyi çıxışı zamanı çəkilən fotolarda Kaili bir xeyli xoşbəxt görünür.

Kailinin Avropa Parlamentindəki toplantılara yenidən qatılma istəyi bu ilin iyun ayında təsdiqlənmişdi.

Xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən əməliyyat zamanı Dünya Kubokuna ev sahibliyi edən Qətərin adına lobbiçilik edərək parlament qərarlarına təsir etməkdə ittiham edilən Kaili daxil olmaqla, 5 nəfər nəzarət altına alınmışdı.

Bu xəbər Brüseldə şok təsiri yaratmşdı. 44 yaşlı Yunanıstan Sosialist Partiyasından olan millət vəkili Kaili  Avropa Parlamenti Prezidentinin Orta Şərqlə münasibətlərdən məsul müavini olaraq vəzifəsini icra edirdi.

 

 

Tərcümə: Arzu

Gununsesi.info