Skeytbordinq üzrə ilk Olimpiya çempionu yaponiyalı idmançı oldu

  • By admin
  • 25 İyul 2021 15:04

Yaponiyalı Yuto Horiqome Olimpiya Oyunları tarixində bir ilkə imza atıb.

Gununsesi.info  xəbər verir ki, o, turnirin tarixi ərzində skeytbordinq üzrə ilk Olimpiya çempionu adını qazanıb.

HTML tutorial

Horiqome skeytbordinqin “Street” (küçə) yarışlarında qalib gəlib. Bu növdə gümüş medala braziliyalı Kelvin Hofer, bürüncə isə amerikalı Caqqer İtan yiyələnib.

Mükafatçılara medalları şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, rusiyalı Yelena İsinbayeva təqdim edib.

Gununsesi.info